İran rəsmisi ABŞ-la texniki danışıqların başladığını təsdiqləyib - YENİLƏNİB
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün İsveçrədə İslamabad memorandumu çərçivəsində texniki danışıqların başladığını təsdiqləyib.
APA-nın Tehran bürosunun xəbərinə görə, Bəqai bu barədə İRNA-ya müsahibəsində bildirib.
İran XİN sözçüsü qeyd edib ki, danışıqlar bazar günü Bürgenstokda İran və ABŞ nümayəndə heyətləri arasında Pakistan və Qətərin iştirakı ilə keçirilən yüksək səviyyəli məsləhətləşmələrin davamı olaraq təşkil edilir.
O əlavə edib ki, vasitəçilərin birgə bəyanatına əsasən, texniki işçi qrupları nüvə məsələsi, sanksiyalar, monitorinq və mübahisələrin həlli mövzularına fokuslanacaq və danışıqlar həftənin sonunadək İsveçrədə davam edəcək.
***
Bu gündən İsveçrədə ABŞ və İranın ekspert qrupları arasında danışıqlar başlayır.
“Mehr”in xəbərinə görə, danışıqlar iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icra mexanizmlərini və bununla əlaqəli texniki qrupların yaradılması məsələlərini əhatə edəcək.
İranın ekspert qrupuna xarici işlər nazirinin müavini Kazem Qəribabadi rəhbərlik edir.
Qeyd edək ki, bir az əvvəl İran nümayəndə heyəti ABŞ-la 18 saatlıq danışıqlardan sonra İsveçrəni tərk edib.
"Cebheinfo.az"


