4 ölkə Ermənistanın seçim etməsini GÖZLƏYİR
“Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İtifaqına üzvlük arasında mümkün qədər tez qərar verməsini istəyirlər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
"Rusiya, digər üç AİB ölkəsi - Belarus, Qazaxıstan və Qırğızıstan kimi, bu məsələdə mümkün qədər tez aydınlıq istəyir", - Zaxarova bildirib.
O, dörd AİB ölkəsinin liderlərinin 29 may tarixli Birgə Bəyanatında Ermənistanda mümkün qədər tez milli referendum keçirilməsinin vacibliyini vurğulamasının təsadüfi olmadığını vurğulayıb:
“Çünki bu, Ermənistan Konstitusiyasında ölkənin fövqəlmilli beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı qərar qəbul etmək üçün nəzərdə tutulan yeganə mexanizmdir”.
Zaxarova əlavə edib ki, bəyanatda Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan hökumətlərinin bu ilin dekabr ayında keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclası üçün mövcud vəziyyəti təhlil edən birgə hesabat hazırlaması nəzərdə tutulur."Bu cür işlər mütləq görüləcək", - deyə o, vurğulayıb.
Xəzər
“Cebheinfo.az”


