Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq
Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq.
"Cebheinfo.az" xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.
O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
"Cebheinfo.az"


