Paşinyanın toya getməsi olay oldu
Bu yaxınlarda Ermənistan Baş naziri Nikol Paşinyanın getdiyi toy barədə məlumat yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, toy İrəvanın Arabkir inzibati rayonunun rəhbəri Suren Varosyanın olub. Toy mərasimi Arabkirdəki “Eraz” Parkındakı restoran komplekslərindən birində baş tutub.
Məlumata görə, tədbir açıq havada keçirilib və qonaqlar arasında müxtəlif dövlət məmurları, inzibati rayonların rəhbərləri və Varosyanın yaxın dostları da olub.
Bundan əlavə, Ermənistanın Baş naziri Nikol Paşinyan da toy mərasimində iştirak edib və qısa müddətə restoranda qalıb.
Suren Varosyan ictimaiyyətə əsasən Baş nazir Aparatında protokol məmuru kimi tanınıb və daha sonra İrəvan administrasiyasına keçib.
2024-cü ildə o, Arabkir inzibati rayonunun müavini təyin edilib və 2025-ci ilin avqustunda rəsmi olaraq rayon rəhbəri təyin olunmazdan əvvəl icraçı direktor vəzifəsində çalışıb.
Xəzər
“Cebheinfo.az”


