Sabiq futbolçu: “Ronaldo Portuqaliyaya 3 böyük kubok qazandırıb”
Portuqaliyalı sabiq futbolçu Simao Sabrosa Konqo ilə matçdan sonra Kriştianu Ronaldoya səsləndirilən iradlara münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, Simao bir zamanlar seçmənin heyətində çiyin-çiyinə oynadığı 41 yaşlı super ulduzun ölkəsinə 3 böyük kubok qazandırdığını xatırladıb:
“Ronaldo əvəzsiz futbolçu, əsl kapitandır. Onun ünvanına səsləndirilən mənfi fikirləri anlaya bilmirəm. Krişti ölkəmizə 1 Avropa çempionluğu, 2 Millətlər Liqası kuboku gətirib. Vaxtilə Eusebiyo və Fiqo kimi ulduzlarımız buna yaxın olsa da, kuboklarımızı məhz Ronaldo qazandırıb. Millimizin heyəti olduqca güclüdür. Konqo ilə matçdakı səhvlərimizdən nəticə çıxarmalıyıq. Ronaldo Vasqo Da Qamadan sonra dünyanın gördüyü ən böyük portuqaldır”.
Xatırlatma: mundialın ilk turunda Portuqaliya millisi Konqo seçməsi ilə 1-1 hesablı heç-heçəyə razılaşıb. Kriştianu Ronaldonun matç ərzində qaçırdığı real qol epizodları isə kəskin tənqidlərə tuş gəlib.
"Cebheinfo.az"


