Rəşad Dağlının istintaqa verdiyi şok ifadə: "Guya bir məhkum deyibmiş ki..."

Rəşad Dağlının istintaqa verdiyi şok ifadə: "Guya bir məhkum deyibmiş ki..."

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətməsi ilə ətraflı detallar ortaya çıxıb. 

"Cebheinfo.az" milli.az-a istinadən xəbər verir ki, o, ifadəsində Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü bildirib:

"Təxminən 1 həftə əvvəl mən Yasamal bazarının arxasında, İskəndərgilin evinin önünə gələrək qapının ağzında onunla görüşdüm. Bir qədər söhbət etdik, söhbət zamanı İskəndər mənə dedi ki, cəzaçəkmə müəssəsində olarkən bir nəfər məhkum ona danışıb ki, guya mən seksual azlıq nümayəndəsiyəm və guya mənim belə hərəkətlərim barədə onun sübutları var. Həmin şəxs səndən pul tələb edir, sən müəyyən qədər pul versən onunla görüşüb bu məsələni bağlayaram".

Dedim ki, həmin şəxs kimdirsə, mənə desin onunla görüşüm görüm mənim barədə bu söhbəti necə yayıb və nə sübutu var. Lakin o dedi ki, sənin onunla görüşməyin məsləhət deyil. Bu məsələni mən yoluna qoymalıyam. Dedi ki, guya həmin şəxsin nömrəsi də onda yoxdur, qonşuları vasitəsi ilə əlaqə saxlayır.

"Cebheinfo.az"