Bu marşrutların hərəkət istiqaməti dəyişir

Bu marşrutların hərəkət istiqaməti dəyişir

Lökbatan qəsəbəsində Abşeron-Qaradağ mənzilində yerləşən qorunan dəmiryol keçidində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar 23-24 iyun tarixlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. 

Bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət səbəbindən 126 və 206 nömrəli müntəzəm marşrutların hərəkəti müvəqqəti olaraq Mədən küçəsi – Xocəsən şosesi (S.İsmayılzadə küçəsi) – 28 May küçəsi ilə təşkil ediləcək.

"Cebheinfo.az"