Gümrüdən Moskvaya uçan təyyarə hara enib - YENİLƏNİB
"Pobeda Airlines" şirkətinin məlumatına görə, Gümrüdən Moskvaya uçan sərnişin təyyarəsi Mahaçqaladakı alternativ aerodroma təhlükəsiz şəkildə eniş edib.
"Gümrüdən Moskvaya DP-856 reysi üzrə uçan təyyarə Mahaçqaladakı alternativ aerodroma təhlükəsiz şəkildə eniş edib",-deyə məlumatda bildirilib..
Mütəxəssislər təyyarənin texniki vəziyyətini qiymətləndirirlər.
13.41
Ermənistanın Gümrü şəhərindən Moskvaya uçan təyyarə Dağıstan səmasında həyəcan siqnalı verib.
Cebheinfo.az" xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.
"Pobeda" aviaşirkətinin Gümrü-Moskva reysini yerinə yetirən təyyarəsi Mahaçqalada enişə hazırlaşır.
Xəzər
"Cebheinfo.az"


