Aylaskada razılaşma olub?- ABŞ və Rusiya qarşı-qarşıya gəldi

Aylaskada razılaşma olub?- ABŞ və Rusiya qarşı-qarşıya gəldi

“ABŞ Dövlət katibi Marko Rubionun Alyaskada Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən sammitdən sonra razılaşmanın olmaması ilə bağlı açıqlaması suallar doğurur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Həmkarım Rubio Alyaskada yalnız təkliflərin olduğunu, lakin razılaşmanın olmadığını söylədikdə, razılaşma dedikdə nəyi nəzərdə tutduğumuza dair məndə suallar yaranır. Əgər ABŞ bu böhrana necə yanaşmaq barədə nizamlama təkliflərini masaya qoyursa və digər tərəf, yəni Rusiya bu təkliflərlə razılaşdığını bildirirsə, onda heç bir razılaşmanın olmadığını demək nədənsə çox zərifcəsinə görünmür", - deyə o bildirib.

Lavrov qeyd edib ki, Vaşinqtonun münaqişənin həlli ilə bağlı təklifləri Alyaska sammitində müzakirə olunub və Rusiya tərəfindən qəbul edilib. O, həmçinin xatırladıb ki, Ankoricdəki görüşdən bir neçə gün əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiven Vitkof Moskvaya səfəri zamanı Amerikanın təkliflərini təqdim edib. Daha sonra Alyaskada Putin Tramp və Rubionun iştirakı ilə onları nöqtə-nöqtə sadalayıb və düzgün tərtib edilib-edilmədiyini soruşub:

"Vitkof isə onun hər bir sualına müsbət cavab verib”.

Xatırladaq ki, Rubio daha əvvəl bildirib ki, Rusiya və ABŞ prezidentləri Alyaskada keçirilən görüşdə Ukraynadakı münaqişənin həlli ilə bağlı yekun razılığa gələ bilməyiblər. Onun sözlərinə görə, Alyaskada heç bir razılaşma olmayıb:

“Yalnız təklif olub”.

Xəzər
“Cebheinfo.az”