Ermənistanın yeni prezidenti o olacaq: Paşinyanın yaxın dostuna yeni vəzifə
“Vitse-spiker Ruben Rubinyanın Ermənistan Parlamentinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi qərarı təsadüfi deyildi. Bu, hakim Vətəndaş Müqaviləsi Partiyası daxilində hazırkı spiker Alen Simonyana qarşı narazılıqdan irəli gəlirdi”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə cümə günü "Joqovurd" qəzeti yazıb.
Spikerliyə namizədlərin irəli sürülməsi ilə bağlı səsvermə zamanı Alen Simonyan 20 səsdən yalnız 5-ni toplayıb.
"Bizim məlumatımıza görə, Simonyan yaxın dostları ilə söhbətində əslində aldadıldığını etiraf edib. O, namizədliyindən əvvəl Baş nazir Nikol Paşinyanla görüşüb və onun özünün namizədliyini irəli sürmək üçün razılığını alıb. Simonyan hesab edirdi ki, bu razılıq onun bu vəzifəyə seçilməsinin siyasi təminatı deməkdir", - qəzet yazır.
"Joqovurd" parlamentdəki mənbələrə istinadən qeyd edir ki, bəzi partiya üzvləri Alen Simonyanın klan düşüncə tərzindən narahatdlır, çünki o, partiya üzvlərini "biz" və "onlar"a bölür:
“Eyni zamanda, hazırkı spikerin tərəfdarları Simonyanın Ermənistan prezidentliyinə və ya İrəvan meri vəzifəsinə hazırlandığı barədə şayiə yaymağa çalışırlar”.
Lakin qəzet yazır ki, hələlik bu şayiələrin heç bir siyasi əsası yoxdur.
Daha əvvəl media orqanları siyasi dairələrin hazırkı Prezident Vaaqn Xaçaturyanın səhhəti ilə bağlı müzakirələr apardığını və onun 2029-cu ildə səlahiyyət müddəti bitməmişdən əvvəl vəzifəsindən gedə biləcəyinin mümkünlüyünü bildirmişdilər.
Artıq prezidentliyə potensial namizədlər ortaya çıxıb. Onların arasında hökumət aparatının rəhbəri Araik Harutyunyan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan da var.
Xəzər
“Cebheinfo.az”

