Köhnə divanı, yaxud ağaç budağını atanlara da CƏRİMƏ

Köhnə divanı, yaxud ağaç budağını atanlara da CƏRİMƏ

Köhnəlmiş divan, çarpayı, masa və digər iri həcmli məişət əşyalarından qurtulmaq istəyən vətəndaşların əksəriyyəti onları qapı ağzına, küçəyə, yaxud zibil konteynerlərinin yanına qoymağı ən asan çıxış yolu hesab edir.

Eyni vəziyyət həyət və bağ sahələrinin təmizlənməsi zamanı toplanan üzüm yarpaqları, ağac budaqları və digər qalıqlar üçün də keçərlidir. Lakin son vaxtlar bu cür tullantıların düzgün qaydada atılmamasına görə vətəndaşların cərimələndiyi barədə məlumatlar yayılır.

Bəs qanunvericilik bu hallarda hansı məsuliyyəti nəzərdə tutur? 

"Cebheinfo.az" xəbər verir ki, hüquqşünas Babək Umudov bu barədə danışıb. O bildirib ki, tullantıları konteynerdən kənara atmaq qanunla qadağandır və buna görə cərimə tətbiq olunur:

“İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər 300 manat məbləğində, vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir”. 

Gülər Həsənli 
"Cebheinfo.az"