“İşə qəbul” adı ilə  dələduzluq: Vətəndaşları belə aldadırlar - FOTO

“İşə qəbul” adı ilə  dələduzluq: Vətəndaşları belə aldadırlar - FOTO

Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə də “WhatsApp” qruplarında saxta iş elanlarının sayı artıb. Dələduzlar vətəndaşlara müxtəlif sahələr üzrə iş təklifləri göndərərək onları cəlb etməyə çalışırlar.

“Cebheinfo.az” xəbər verir ki, mesajlarda adətən yüksək maaş, asan iş imkanı və qısa zamanda işə qəbul olunma vədləri yer alır. Lakin prosesin davamında namizəddən qeydiyyat, sənədləşmə, təlim və ya digər bəhanələrlə bank kartına pul köçürməsi tələb olunur. Pul göndərildikdən sonra isə həmin şəxslə əlaqə kəsilir və vəd edilən iş mövcud olmur.

Mütəxəssislər bildirirlər ki, işə qəbul prosesi zamanı namizəddən  ödəniş tələb olunması ciddi şübhə yaratmalıdır. Rəsmi şirkətlər adətən işə qəbul üçün namizəddən pul tələb etmir.

Tövsiyə olunur ki, tanımadığınız şəxslərdən gələn iş təkliflərini diqqətlə araşdırasınız, şirkətin rəsmi fəaliyyətini yoxlayasınız və işə qəbul adı ilə hər hansı ödəniş tələb edilərsə, pul köçürməyəsiniz. Şəxsi məlumatlarınızı və bank kartı məlumatlarınızı da naməlum şəxslərlə paylaşmayın.

Aişə Abdulova
“Cebheinfo.az