Daha 8 gəmi Hörmüz boğazından keçib
Hörmüz boğazının yenidən dəniz nəqliyyatına açılmasından sonra bölgədə gözləyən Cənubi Koreya ilə əlaqəli daha 8 gəmi boğazdan keçib.
"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreya Dənizçilik Nazirliyinin rəsmiləri Hörmüz boğazındakı Cənubi Koreya ilə əlaqəli gəmilərin vəziyyəti ilə bağlı bəyanat yayıblar.
Rəsmilər bildiriblər ki, ABŞ-İsrailin fevral ayındakı hücumlarından sonra bağlanan Hörmüz boğazında sıxışıb qalan 26 gəmidən 13-nün dünən çıxış etməsinin ardından, bu gün daha 8-i təhlükəsiz şəkildə boğazı tərk edib.
Son keçidlərlə birlikdə boğazda gözləyən Cənubi Koreya ilə əlaqəli gəmilərin sayı 5-ə düşüb.
Xatırladaq ki, Cənubi Koreya dünən Hörmüz boğazında sıxışıb qalan 26 gəmidən 13-nün çıxış etdiyini bəyan etmişdi.
İrana ABŞ və İsrailin 28 fevraldakı hücumları ilə başlayan müharibədən sonra qlobal enerji ticarətinin strateji keçid məntəqələrindən olan Hörmüz boğazını bağlamışdı. İran ilə ABŞ-ın 14 iyunda əldə etdiyi razılaşma çərçivəsində Tehran Hörmüz boğazını yenidən nəqliyyata açıb.
Nigar Hacılı
"Cebheinfo.az"

