Cənubi Koreyada sabiq nazir 25 il müddətinə həbs edilib

Cənubi Koreyada sabiq nazir 25 il müddətinə həbs edilib

Seul Rayon Məhkəməsi Cənubi Koreyanın keçmiş ədliyyə naziri Park Sun-jeni 25 il müddətinə azadlıqdan məhrum edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb. Sabiq nazir 2024-cü ilin dekabr ayında sabiq prezident Yun Sok Yol tərəfindən elan edilmiş hərbi vəziyyətin təşkilində iştiraka görə təqsirli bilinib. Agentliyin mənbəsi qeyd edib ki, Seul Rayon Məhkəməsinin 33 nömrəli cinayət kollegiyası sabiq ədliyyə naziri Parkı qiyamın təşkil olunmasında başlıca rol oynamaq və vəzifə səlahiyyətlərini aşmaq ittihamları əsasında 25 il həbs cəzasına məhkum edib.

Məhkəmə təqsirləndirilən şəxsin dəlilləri yox edə bilməsi ehtimalını nəzərə alaraq, Park Sun-jenin dərhal məhkəmə zalından nəzarətə alınmasına qərar verib.

"Cebheinfo.az"