Müdafiə naziri: "Trampı qəzəbləndirməyin"

Müdafiə naziri: "Trampı qəzəbləndirməyin"

“Avropanın daha 10 il ABŞ-ın müdafiəsinə ehtiyacı var. NATO-nun Avropa liderləri ABŞ lideri Donald Trampı özündən uzaqlaşdırmamaq üçün diplomatik olmalıdırlar”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Belçikanın müdafiə naziri Teo Franken “Politico” nəşrinə belə deyib. 

O, ABŞ-nin davamlı köməyi olmadan Avropa İttifaqının özünü müdafiə etməyə hazır olmadığını, ona görə də avropalıların amerikalıları öz tərəflərində tutmalarına ehtiyac duyduğunu deyib. Nazir hesab edir ki, hərbi potensialını artırmaq üçün Avropaya beş-on il lazımdır və ABŞ hazırda bunu təbliğ edir.

Belçikanın müdafiə naziri bildirib ki, indi əsas məsələ Trampı qəzəbləndirməməkdir: “Bizə amerikalılar lazımdır, diplomatik olmalı, onların dediklərinə qulaq asmalı, güzəştə getməyə çalışmalıyıq”. 

Franken Avropa liderlərini Aİ proqramı çərçivəsində silah müqavilələrində yerli müdafiə şirkətlərinə üstünlük verməmək barədə xəbərdar edib və belə bir addımı “tamamilə proteksionist” adlandırıb.

Müşfiq Abdulla
“Cebheinfo.az”