20 manatlıq bu rüsum LƏVĞ EDİLİR

20 manatlıq bu rüsum LƏVĞ EDİLİR

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən rüsum ləğv olunur.

"Cebheinfo.az" xəbər verir ki, bu, “Qaz təchizatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə ödənilən 20 manatlıq rüsum ləğv edilir.

Qeyd edilib ki, yeni “Qaz təchizatı haqqında” Qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından “Dövlət rüsumu haqqında” Qanunda müvafiq dəyişiklik edilir.

"Cebheinfo.az"