Rəis işdən çıxarıldı: Nazir onun vəzifəsini də generala tapşırdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib.
"Cebheinfo.az" "Qaynarinfo"ya istinadən xəbər verir ki, FHN-in Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb.
Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-in Tibb Mərkəzinin rəisi təyin edilmişdi.
Xatırladaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilmişdi.
"Cebheinfo.az"