Məşhur aktrisa Kannda TARİX YAZDI - FOTO

Türkiyəli məşhur Başak Gümülcinelioğlu, 2025-ci il Kann Film Festivalında dörd aylıq hamilə vəziyyətdə qırmızı xalçaya çıxıb.
"Cebheinfo.az" xəbər verir ki, aktrisa, Kann Festivalında qırmızı xalçaya çıxan ilk türk ana kimi tarixə düşüb.
Gümülcinelioğlu bu möhtəşəm tədbirdə həm zərifliyi, həm də sürpriz hamiləlik xəbəri ilə böyük maraq oyadıb.
O, şəxsi sosial media hesabında etdiyi paylaşımda, "Bu zamanın fövqündə dayanan kino festivalını və qırmızı xalça ənənəsini içimdə böyüyən yeni nəsillə bölüşmək sehr kimidir. Artıq kinonun ən qiymətli bayramında gələcəyin bir parçası öz yerini tutub", - ifadələrindən istifadə edib.
Əfsanə
"Cebheinfo.az"