Sibiqa gələn həftə Cənubi Koreyaya səfər edəcək

Sibiqa gələn həftə Cənubi Koreyaya səfər edəcək

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa gələn həftə Cənubi Koreyaya səfər etməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

O, iyunun 30-da Seulda Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonla danışıqlar aparacaq, ikitərəfli münasibətləri, eləcə də Ukrayna və Rusiya arasında davam edən müharibəni müzakirə edəcək.

"Cebheinfo.az"