Azərbaycan Ordusunun “Əsgər marşı" belə yaranmışdı: Polkovnik
Bu gün əsası 1918-ci il iyunun 26-da qoyulan Azərbaycan Ordusunun yaranma günüdür.
Ordunun əsası Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə yaradılmış ilk hərbi hissə — Əlahiddə Azərbaycan Korpusunun təsisi ilə qoyulub. Müasir Azərbaycan Silahlı Qüvvələri isə sovet imperiyasının süqutundan sonra, 1991-ci il oktyabrın 9-da qəbul edilən qanunla bərpa edilib.
Təməli 108 il əvvəl qoyulan Azərbaycan Ordusu müasir dövrdə ən böyük uğurunu 30 il erməni işğalında qalan torpaqlarımızın azad edilməsiylə qazandı.
Azərbaycan Ordusundan söz düşəndə, ən çox xatırlanan isə əfsanəvi “Əsgər marşı”dır.
Bəstəkarı Xalq artisti Cavanşir Quliyev olan “Əsgər marşı”nın yaranma tarixi barədə marşın yaradıcılarından olan polkivnik, 811 saylı Laçın Alayının yaradıcısı və komandiri olmuş polkvnik Arif Paşa “Cebheinfo.az”-a danışıb:

““Laçın batalyonunun marşı”nı 1992-ci il fevralin ikinci ongünlüyündə "Türk əsgərinin not kitabi" adli kitabçada olan "Alay marsı”na istinadən hazırlamışdım.
Daha sonra “Əsgər marşı” kimi tanınmış marşa gəlincə, həmin ilin fevralında tanınmış bəstəkar Cavanşir Quliyev də daxil olmaqla, bir qrup incəsənət xadimi Laçına gələrək əsgərləri ziyarət etdi. Əsgərlər “Laçın batalyonunun marşı”nı ifa etdilər. Marşın sözləri bəstəkarın xoşuna gəldi. Mənim göstərişimlə 811 saylı hərbi hissənin rota komandiri mərhum Əhliyyət Süleymanov marşın sözlərini kağıza yazaraq Cavanşir Quliyevə təqdim etdi. Bundan sonra indiki məşhur “Əsgər marşı” Cavanşir Quliyevin bəstəsində oxunmağa başladı”.
Elnarə
"Cebheinfo.az"

