Dünya Bankı “Brent” neftinin orta qiymətini proqnozlaşdırıb
2026-cı ildə “Brent” markalı neftin orta qiyməti 94 dollar/barel olacaq.
"Cebheinfo.az" “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu ilkin proqnoz Dünya Bankının (DB) analitikləri tərəfindən hazırlanıb.
Bu proqnozlaşdırılan qiymət 2025-ci ildəkindən 36 faiz yüksək olacaq. Bundan başqa, bank hesab edir ki, ən ciddi tədarük pozuntuları iyulun sonuna kimi səngiyəcək və qlobal inflyasiyanın 4 faiz olacağı proqnozlaşdırılır.
"Cebheinfo.az"

