Müdafiə nazirinin istefadan başqa yolu QALMADI

Müdafiə nazirinin istefadan başqa yolu QALMADI

Böyük Britaniyanın müdafiə naziri Con Heali sosial şəbəkə hesabında Baş nazir Kir Starmerə ünvanladığı istefa məktubunu paylaşaraq vəzifəsindən ayrıldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Heali məktubunda hökumətin “Müdafiə İnvestisiya Planı” çərçivəsində müdafiə sahəsinə daha çox vəsait ayırmalı olduğunu vurğulayıb: 

“Silahlı Qüvvələrimizə ehtiyac duyduqları resursları təmin etməyən "Müdafiə İnvestisiya Planı" razılaşmasını qəbul edə bilməyəcəyimi sizə bildirdikdən sonra müdafiə naziri vəzifəsindən istefa verməkdən başqa seçimim qalmadı”.

Heali Baş nazir Starmeri ölkənin müdafiəsi üçün zəruri dövlət resurslarını ayırmamaqda ittiham edib: 

“Bunu həyata keçirə bilmədiniz. Maliyyə Nazirliyi isə artan təhlükələr fonunda ölkənin müdafiəsi üçün lazım olan vəsaitləri ayırmağa hazır olmadı”.

Məlumata görə, Böyük Britaniyanın Müdafiə və Maliyyə nazirlikləri son aylarda artan hərbi xərclərin necə maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparırdı. Bu fikir ayrılıqları səbəbindən ölkənin "Müdafiə İnvestisiya Planı"nın qəbul edilməsi ötən ildən bəri təxirə salınıb.

Nigar Hacılı 
"Cebheinfo.az"