Əhməd əş-Şəraa Vaşinqtona səfər etməyi planlaşdırır

Əhməd əş-Şəraa Vaşinqtona səfər etməyi planlaşdırır

Suriya Prezidenti Əhməd əş-Şəraa iyunun 14-də Vaşinqtona səfər etməyi planlaşdırır.

"Report" "Syria TV" telekanalına istinadən xəbər verir ki, bu barədə Suriya hökumətindəki mənbə bildirib.

Məlumata görə, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, səfər əş-Şəraa və Tramp arasında baş tutmuş telefon danışığından sonra planlaşdırılıb.

"Cebheinfo.az"