Gəncə Dövlət Milli Dram Teatrı 130-cu teatr mövsümünü başa vurur

Gəncə  Dövlət  Milli  Dram  Teatrı  130-cu  teatr   mövsümünü  başa  vurur

17  iyul  saat  19:00-da  Gəncə  Dövlət  Milli  Dram  Teatrı  özünün  130-cu  yubiley teatr  mövsümünü  Abdulla  Elşadlının  tərcümə  və  səhnələşdirməsi  əsasında  hazırlanmış  “Zəhri-Mar”  adlı  tamaşası  ilə  bağlayacaq. 

Bunu Gəncə Dövlət Milli Dram Teatrının Repertuar və dramaturgiya üzrə mütəxəssisi, teatrşünas-tənqidçi  Anar  Ərtoğrul  Burcəliyev  bildirib.

Onun  sözlərinə  görə  “130-cu  teatr  mövsümü  ərzində  bir-birindən  maraqlı səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələn teatr kollektivi mövsümün son tamaşasında  cəmiyyət  üçün  olduqca  aktual  mövzulardan  birinə  müraciət  edir. 

Dərin  psixoloji  xəttə  malik  olan  “Zəhri-Mar”  tamaşası  narkomaniya  bəlasının ailələrə,  insan  talelərinə  və  bütövlükdə  cəmiyyətə  vurduğu  mənəvi  zərbələri bədii-estetik  vasitələrlə  tamaşaçıya  çatdırır” –  deyərək  Anar  Ərtoğrul  Burcəliyev bildirir.

Həmçinin  o,  qeyd  edib  ki,  “130-cu  teatr  mövsümü  ərzində  Gəncə  Dövlət Milli Dram Teatrı klassik və müasir dramaturgiyanın uğurlu nümunələrini səhnələşdirərək  repertuarını  daha  da  zənginləşdirib,  yeni  layihələr,  premyeralar və  beynəlxalq  əməkdaşlıqlarla  teatrsevərlərin  diqqət  mərkəzində  olub.  Yubiley mövsümünün  bağlanışı  da  məhz  sosial  əhəmiyyət  daşıyan,  aktual  mövzuya toxunan  bu  səhnə  əsəri  ilə  yadda  qalacaq”.

“Cebheinfo.az"