54 nəfər Gürcüstandan deportasiya edilib: Azərbaycanlılar da var

54 nəfər Gürcüstandan deportasiya edilib: Azərbaycanlılar da var

54 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində ölkədən Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər dövlətlərin vətəndaşları olmaqla, ümumilikdə 54 nəfər deportasiya olunub.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərə Gürcüstana yenidən giriş qadağası tətbiq edilib.

Son statistik məlumatlara əsasən, cari ildə ölkədən ümumilikdə 2090 qanunsuz miqrant deportasiya edilib. Onlardan:

  • yanvar ayında – 232 nəfər,
  • fevral ayında – 312 nəfər,
  • mart ayında – 360 nəfər,
  • aprel ayında – 401 nəfər,
  • may ayında – 340 nəfər,
  • iyun ayında isə – 391 nəfər xarici ölkə vətəndaşı deportasiya olunu

"Cebheinfo.az"