NATO Zirvəsində müjdə: Tramp F-35 müjdəsi verəcək

NATO Zirvəsində müjdə: Tramp F-35 müjdəsi verəcək

Bu gün Ankarada başlayan və Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi NATO Liderləri Zirvəsindən əvvəl F-35 qırıcı təyyarəsi proqramı ilə bağlı təəccüblü bir iddia ortaya atılıb.

Zirvə toplantısında Ərdoğanla görüşəcək ABŞ Prezidenti Donald Trampın Türkiyənin F-35 proqramına yenidən qoşulmasına icazə verə biləcəyi irəli sürülüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu iddia Ankara ilə Vaşinqton arasında müdafiə münasibətlərində yeni bir dövrün başlaya biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. 

İddia edilir ki, Donald Tramp NATO Liderləri Zirvəsi çərçivəsində Ankarada Prezident Ərdoğanla görüşündə Türkiyənin F-35 proqramına qayıtması ilə bağlı əhəmiyyətli bir mesaj verməyə hazırlaşır.

"New York Times" qəzetinin ABŞ administrasiyasının dörd yüksək vəzifəli məmuruna istinadən verdiyi məlumata görə, Tramp Türkiyənin F-35 proqramına yenidən qoşulmasına müsbət yanaşır.

Məlumatda məsələnin Trampın Ərdoğanla Ankarada görüşündə müzakirə ediləcəyi bildirilir. Rəsmilər, həmçinin iki lider arasında bu məsələ ilə bağlı məktub mübadiləsinin mümkün olduğunu iddia ediblər.

Lakin hesabatda ABŞ rəsmiləri arasında Tramp administrasiyasının Konqres tərəfindən tətbiq edilən qanuni məhdudiyyətləri necə aşacağı ilə bağlı fikir ayrılıqlarının olduğu da yer alıb.

Ağ Ev “Reuters”-in “New York Times” qəzetinin bu xəbəri ilə bağlı şərh istəyinə cavab verməyib.Xatırladaq ki, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini aldıqdan sonra Ankara-Vaşinqton münasibətlərində ciddi gərginlik yaranıb.

ABŞ administrasiyası Türkiyəni F-35 proqramından çıxardı və S-400 sistemlərinin yaratdığı F-35 texnologiyasına təhlükəsizlik risklərini əsas gətirərək CAATSA sanksiyalarını tətbiq edib.

ABŞ Konqresi, həmçinin S-400 sistemlərinə sahib olduğu müddətcə Türkiyəyə F-35 satışını qadağan edən qanun qəbul edib.
“New York Times” qəzetinin iddiasına görə, Ankara ilə Vaşinqton arasında son zamanlar sürət qazanan normallaşma prosesinin yeni bir göstəricisi hesab olunur.

“Reuters” agentliyinin əvvəllər əldə etdiyi rəsmi bildiriş sənədinə görə, Tramp administrasiyası ötən ay Konqresi rəsmi olaraq Türkiyəyə 700 milyon dollardan çox dəyərində onlarla qırıcı təyyarə mühərrikinin satışını təsdiqləmək niyyəti ilə bağlı məlumatlandırıb.

Əgər F-35 proqramına qayıtmaq iddiası gerçəkləşərsə, bu, son illərdə iki ölkə arasında müdafiə əməkdaşlığında ən əhəmiyyətli inkişaflardan biri hesab olunacaq.

Xəzər
“Cebheinfo.az”