Qızılın qiymətində kəskin UCUZLAŞMA

Qızılın qiymətində kəskin UCUZLAŞMA

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 1,21% azalaraq 4 194,4 ABŞ dollarına enib.

Birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin sentyabr fyuçerslərinin qiymətində də azalma qeydə alınıb. Belə ki, gümüşün qiyməti 1,07% aşağı düşərək 66,09 ABŞ dolları təşkil edib.

Əmtəə bazarlarında qiymətli metalların dəyərindəki dəyişikliklər investorların davranışları və qlobal iqtisadi proseslərin təsiri altında formalaşır.

"Cebheinfo.az"