Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə qala konsert olub

Mayın 24də Bakıda Gürcüstanın Müstəqillik Günü münasibətilə rəsmi qala konsert təşkil olunub.
APA-nın xəbərinə görə, tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze, Gürcüstanın yeni mədəniyyət və idman naziri Tika Ruxadze, Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova, milli məclisin deputatları və digər rəsmi şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə cənab səfir qeyd edib ki, 26 may 1918-ci il Gürcüstanın müstəqil, demokratik və hüquqi dövlət kimi formalaşmasının əsasını qoyan tarixi gün kimi yadda qalmışdır.
Qonaqlar və Sahibə X. Qafarova və digər rəsmi şəxslər salamlanıb
Apa xəbər verir ki, səfir öz çıxışında iki ölkə arasında əlaqələrin inkişafına yüksək səviyyəli səfərlərin kömək etməsini vurğulayıb. Bu il Gürcüstana Azərbaycandan nazirlər və MM sədri Sahibə Qafarova da səfər etmişdir. Bizim həmçinin ticari-iqtisadi, mədəni sahədə əlaqələrimiz inkişaf edir. "Fəxr edirəm ki, bu tədbir H. Ə. Mərkəzində keçirilir. Burada Gürcüstandan olan ifaçılar da var. Xüsusi təşəkkür mədəniyyət nazirliyinə və XİN-ə edirəm bu tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür edirəm" - deyə səfir bildirib ." Tədbirdən sonra bina Gürcüstan bayrağı rənglərinə boyanacaq. Fürsətdən istifadə edərək Azərbaycanı da 28 May Respublika Günü münasibətilə ilə təbrik edirəm" - deyə səfir davam edib.
Daha sonra isə Gürcüstan Mədəniyyət Naziri Tika Ruxadze çıxış edib. MM sədri Sahibə Qafarovanı salamlayıb. Həmçinin İcra Hakimiyyəti və parlament nümayəndələrini də salamlayıb. Eyni zamanda Gürcüstan parlamentinin nümayəndələrini salamlayıb. "Mənim üçün şərəfdir ki, Heydər Əliyevin adını daşıyan Mərkəzdə çıxış edirəm. Mənim bir gürcü kimi burada xeyli dostlarım var. Ölkələrimiz arasında dostluq və mədəniyyət əlaqələr inkişaf etmişdir. Bu günə xas proqram hazırlanıb. Adil Kərimli ilə xüsusi layihə hazırlanması nəzərdə tutulur. Fürsətdən istifadə edərək Azərbaycanı da 28 May münasibəti ilə təbrik edirəm" - deyə nazir çıxışını tamamlayıb
Tədbir konsert proqramı ilə davam edib.
"Cebheinfo.az"