Putin tapşırıq verdi: Hərbi sistemlərin...

“Bu gün Ukrayna ərazisində keçirilən xüsusi hərbi əməliyyatın detalları xarici dövlətlər tərəfindən diqqətlə öyrənilir”.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında deyib.
Bu vəziyyətin Rusiya hərbi məhsullarına marağı artırdığını vurğulayan Putin, "Əməliyyatın həm taktiki, həm də texniki silah inkişaf etdirmə ölçüləri xarici ölkələrin siyasi rəhbərliyi, ordu komandanlığı və müdafiə sənayesi mütəxəssisləri tərəfindən təhlil edilir" deyib.
Putin qeyd edib ki, Rusiya müdafiə sənayesinin əsas vəzifəsi xüsusi əməliyyatların tələbatını ödəməkdir, eyni zamanda, onun qlobal bazarda mövqeyini gücləndirməyin vacibliyini vurğulayıb.
“Rusiyanın hərbi məhsulları üzrə sifariş portfeli 10 milyardlarla dollar səviyyəsindədir və biz ixrac həcmini fəal şəkildə artırmalıyıq”, - deyən Putin Rusiyanın dünya silah ixracatında ilk beşliyə daxil olduğunu xatırladıb.
NATO rəsmiləri deyirlər ki, Ukraynadakı müharibədən əsas dərs "ucuz və birdəfəlik" hərbi sistemlərin (xüsusilə pilotsuz təyyarələrin) kütləvi istehsalının vacibliyidir.
“The Wall Street Journal” yazır ki, Birləşmiş Ştatlar Ukraynadakı münaqişədən əldə etdiyi təcrübələrə uyğun olaraq ordusunun modernləşdirilməsi prosesinə başlayıb.
Nigar Hacılı
"Cebheinfo.az"