Okan Buruk sərvət qazanacaq

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Okan Burukun maaşını artırmağa hazırlaşır.
"Cebheinfo.az" xəbər verir ki, mütəxəssis yeni mövsümdə sərvət qazanacaq.
İstanbul klubu Okan Burukun müqaviləsini yeniləyərək, maaşını 50 faiz artıracaq.
Beləliklə, ona illik 4,5 milyon avro ödəniləcək.
Qeyd edək ki, Okan Buruk "Qalatasaray"ı ardıcıl 3 dəfə çempion edib.İstanbul klubu bu mövsüm 25-ci dəfə çempion olaraq 5-ci ulduza da sahib olub.
Elmir
"Cebheinfo.az"