“Beşiktaş” ulduz futbolçunu heyətinə qatmaq istəyir

Türkiyənin “Beşiktaş” klubu “Arsenal”ın yarımmüdafiəçisi Tomas Partinin heyətinə qatmaq istəyir.
"Cebheinfo.az" xəbər verir ki, klub rəhbərliyinin 31 yaşlı Tomas Parti ilə keçirdiyi ilk görüşün müsbət keçdiyi bildirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin "Fenerbahçe" klubu da ulduz futbolçunu transfer etmək üçün uzun müddət cəhd göstərmiş, lakin bu keçid baş tutmamışdı.
Bildirilir ki, 1.85 metr boyunda olan futbolçu ilə yalnız "Beşiktaş" deyil, həmçinin İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı klubları da maraqlanır.
Əfsanə
"Cebheinfo.az"