Dünya çempionatı: Gürcüstan Argentinaya 6 qol vurdu - FOTOLAR

Dünya çempionatı: Gürcüstan Argentinaya 6 qol vurdu - FOTOLAR

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun yekunlaşıb.

Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada Gürcüstan və Argentina milliləri üz-üzə gəliblər.

G qrupunun oyununda Avropa təmsilçisi Cənubi amerikalıları 6:1 hesabı ilə məğlub ediblər.

Qeyd edək ki, ilk turda Gürcüstan BƏƏ-ni (2:0), Çexiya isə Argentinanı məğlub (2:1) edib.

"Cebheinfo.az"