Röya Ayxandan Ayaz Salayevə sərt : "Rəhmətliklər təzədən diriliblər"

Ötən gün "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın Kann Film Festivalına qatılması ilə bağlı məsələyə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, o qeyd edib ki, hər kəs bu festivalda iştirak edə bilər:
"Mən ora yüz dəfə getmişəm, amma heç ağlıma da gəlməzdi ki, həmin yerdən keçərkən bunu çəkib sosial şəbəkələrdə paylaşım. Bizdə ictimai savadsızlıq çox yayılıb. İctimai şüur da geridə qalıb".
A.Salayevə Röya Ayxanın cavabı gecikməyib.
O, özünün sosial şəbəkə hesabında video çəkərək sərt şəkildə cavab verib:
"Rəhmətliklər təzədən diriliblər. Enerjiyə gəlmisiniz, elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, sizdən başlayıram: məni görəndə salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın. Bəli, birinci mənəm. Bildin? Hər şeyin ən gözəlini, ən layiqincə edən mənəm. Ya hamı bir-birini dəstəkləsin, ya da adımı çəkməyin".
"Cebheinfo.az"