Ərdoğanla Ukrayna münaqişəsini müzakirə etdi

Ərdoğanla Ukrayna münaqişəsini müzakirə etdi

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 

Bu barədə Aİ-nin xarici siyasət rəhbəri “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, söhbətin əsas mövzularından biri Ukrayna münaqişəsi olub.

“Bu gün prezident Ərdoğanla Aİ-Türkiyə münasibətlərinin daha da gücləndirilməsi, eləcə də mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti barədə danışmaqdan məmnun oldum”, - məlumatda deyilir.

Kallasın sözlərinə görə, söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq məsələlərinə də toxunulub. O, Türkiyənin alyansın şərq cinahının müdafiəsinə mühüm töhfə verdiyini vurğulayıb.

"Cebheinfo.az"