Müdafiə naziri: "Türkiyə SAMP/T və “Patriot” sistemlərini almağı planlaşdırır"
Türkiyə hava hücumundan müdafiəsini gücləndirir.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə milli müdafiə naziri Yaşar Güler bildirib.
Nazir qeyd edib ki, Ankara hava hücumundan müdafiəni gücləndirmək üçün Fransa-İtaliya istehsalı SAMP/T və ABŞ istehsalı “Patriot” sistemlərini almaq da daxil olmaqla digər bütün variantları dəyərləndirir.
"Cebheinfo.az"


