Xankəndi və Xocalı sakinləri üçün yeni peşə kursu başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndi şəhəri və Xocalı rayon sakinləri üçün yeni peşə hazırlığı kursuna başlayıb.
ƏƏSMN-dən "Ceheinfo.az"-a verilən məlumata görə, kurs Xankədidə fəaliyyət göstərən “GP Safety” MMC-nin bazasında təşkil olunub.
Bildirilib ki, müdavimlərə tikiş avadanlıqlarının operatoru peşəsi üzrə nəzəri və praktiki biliklər tədris edilir, müvafiq istehsalat bacarıqları aşılanır:
"Kursu uğurla bitirənlər işlə təmin olunacaqlar. Kursun təşkil edilməsində məqsəd azad olunmuş ərazilərdə bu sahədə peşəkar kadrlara olan tələbatın qarşılanması, işsiz və işaxtaran şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmələrinə dəstək göstərməkdir".
Gülər
"Cebheinfo.az"


