"Səbail" Kənan Quliyevlə müqavilə imzalayıb
2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" heyətinə daha bir futbolçu qatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Son olaraq "Mingəçevir"də çıxış etmiş Kənan Quliyevlə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də "Səbail"in şərəfini qoruyub.
"Cebheinfo.az"


