Zelenski: "Ukrayna kosmik rabitə mərkəzini vurub"

Zelenski: "Ukrayna kosmik rabitə mərkəzini vurub"

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Moskva vilayətindəki "Dubna" kosmik rabitə mərkəzinə zərbə endiriblər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə V.Zelenski "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, obyekt Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən Rusiya qoşunlarının fəaliyyətinin kəşfiyyatı və koordinasiyası üçün istifadə olunur və Ukrayna sərhədindən 500 kilometrdən çox məsafədə yerləşir.

V.Zelenski həmçinin bildirib ki, daha əvvəl Ukraynanın Müdafiə Qüvvələri Moskva və Vladimir vilayətlərində daha dörd oxşar peyk rabitəsi mərkəzini vurub.

"Cebheinfo.az"