Asim Xudiyev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.
A.Xudiyev UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 8-də keçiriləcək "Kayrat" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) oyununun hakim-inspektoru olacaq.
Xatırladaq ki, qarşılaşma Almati şəhərində yerləşən "Ortalik" stadionunda baş tutacaq.
"Cebheinfo.az"


