Basketbol hakimlərimiz Avropa çempionatlarına təyinat alıblar
Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.
R.Xalıq U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.
Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.
"Cebheinfo.az"


