Əli Əsədovdan yeni qərar: Təhsillə bağlı bu sistem dəyişir

Əli Əsədovdan yeni qərar: Təhsillə bağlı bu sistem dəyişir

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydasının layihəsi iki ay müddətində hazırlanacaq.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncamla Elm və Təhsil Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, müvafiq maliyyələşmə modelinin tətbiqi qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Ədliyyə Nazirliyi Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının dövlət başçısının 2026-cı il 19 iyun tarixli 691 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi və normativ xarakterli aktlarının Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Sərəncamın qayda layihəsinin hazırlanması ilə bağlı hissəsinin icrası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə, uyğunlaşdırma ilə bağlı hissələrinin icrası isə Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

"Cebheinfo.az"