Haluk Leventin qardaşı həbs edildi

Haluk Leventin qardaşı həbs edildi

Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun Şile Bələdiyyəsi ilə bağlı apardığı istintaq çərçivəsində tutulanlardan biri də müğənni Haluk Leventin qardaşı Berkant Acil olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 18 şübhəlidən 17-si saxlanılıb.

Məlumata görə, saxlanılardan 13-ü həbs edilib, 4-ü isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Həbs edilən 13 nəfərdən biri də Berkant Acil olub.

Bildirilib ki, onlar “cinayətkar təşkilat yaratmaq və üzv olmaq”, “rüşvət”, “hədə-qorxu ilə pul tələb etmək” və “tender saxtakarlığı” kimi cinayətlərdə ittiham olunurlar.

"Cebheinfo.az"