Lavrov İrəvana gedir: Səfərin təfərrüatı açıqlandı

Lavrov İrəvana gedir: Səfərin təfərrüatı açıqlandı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 20-21-də İrəvana işgüzar səfər edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mayın 20-də keçirdiyi brifinqdə belə deyib.

“Moskvada hesab edirlər ki, qarşıdakı danışıqlar Rusiya və Erməniustan arasında siyasi və qurumlararası əlaqələri möhkəmlədəcək, qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək edəcək və aktual məsələlərin qarşılıqlı məqbul həlli yollarının axtarışını asanlaşdıracaq”, - deyə Zaxarova bildirib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”