Ali Koç Aziz Yıldırımla görüşəcək – MARAQLI SƏBƏB

Ali Koç Aziz Yıldırımla görüşəcək – MARAQLI SƏBƏB

Türkiyənin “Fənərbağça” klubunun prezidenti Ali Koç son açıqlaması ilə diqqət çəkib.

Cebheinfo.az” xəbər verir ki, o, “TRT Spor”-a açıqlamasında klubun sabiq prezidenti Aziz Yıldırımla görüşəcəyini deyib. 

Sözügedən görüşün bu həftə ərzində baş tutması planlaşdırılır. Görüşdə Yıldırımın Koça bəzi məsələlərlə bağlı fikir və təkliflər verəcəyi iddia olunur. Həmçinin, Ali Koç bu həftə ərzində baş məşqçi Joze Mourinyo ilə də bir araya gələcək. Həmin görüşdə dünyaca məşhur mütəxəsissin davam edib-etməyəcəyinə qərar veriləcək. 

Elmir Mustafa
“Cebheinfo.az”