Kreml və Qırmızı Meydanı vurmaq istəyiblər

Kreml və Qırmızı Meydanı vurmaq istəyiblər

Mayın 7-də Rusiyanın Qələbə Günü şərəfinə elan etdiyi atəşkəs zamanı Kreml və Qırmızı Meydan ərazisində terror aktlarının qarşısı alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu barədə ABŞ Prezidenti Donald Trampa mayın 19-da baş tutan telefon danışığı zamanı məlumat verib.

"Putin Trampa bildirib ki, mayın 7-nə keçən gecə Ukrayna Rusiyaya doğru 524 kamikadze pilotsuz uçuş aparatı və bir neçə “Storm Shadow”/SCALP-EG qanadlı raketləri buraxıb. Putinin bunu Trampa söyləməsi, şübhəsiz ki, təsadüfi deyildi, çünki ukraynalılar bayram tədbirlərinin xarici iştirakçılarını birbaşa hədələyərək, xarici liderləri qorxutmağa və onların Moskvaya gəlməsinin qarşısını almağa çalışırdılar”, – Rusiya Prezidentinin köməkçisi qeyd edib.

"Cebheinfo.az"