Pakistan və Hindistan bu məsələdə RAZILAŞDILAR

Pakistan və Hindistan bu məsələdə RAZILAŞDILAR

Pakistan və Hindistan son münaqişələr zamanı yerləşdirilmiş qoşunlarını mayın sonuna qədər sülh dövründəki mövqelərə geri çəkməyə razılaşıblar.

“Cebheinfo.az”-ın məlumatına görə, Pakistanın yüksək rütbəli təhlükəsizlik rəsmisi bu barədə “AFP” agentliyinə açıqlama verib. 

Xatırladaq ki, aprel ayında Kəşmirdə silahlıların turistlərə hücumu nəticəsində Hindistanla Pakistan arasında baş vermiş dörd günlük hərbi toqquşmalarda 70-dən çox adam həlak olub.

Müşfiq Abdulla 
“Cebheinfo.az”