İlin əvvəlindən 63 orqan köçürülüb: 10-u meyitdən götürülüb

İlin əvvəlindən 63 orqan köçürülüb: 10-u meyitdən götürülüb

Azərbaycanda 2025-ci ilin ilk 4 ayı ümumilikdə 63 orqan köçürülüb.

Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib ki, 2025-ci ilin ilk dörd ayı ərzində Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin xətti ilə ümumilikdə 63 transplantasiya əməliyyatı həyata keçirilib.

Onlardan 18-i qaraciyər, 32-si böyrək, 15-i buynuz qişa, 8-i isə sümük iliyi transplantasiyası olub.

10 donor meyitlərdən alınıb

Transplantasiya üçün istifadə olunan orqanların 53-ü canlı donorlar, 10-u isə meyit donorlar hesabına təmin edilib. Üç meyit donordan ümumilikdə iki böyrək, iki qaraciyər və altı buynuz qişa orqan köçürülməsi üçün istifadə olunub.

164 nəfər orqan transplantasiyası üçün müraciət edib

Qeyd olunub ki, 4 ay ərzində böyrək transplantasiyası üçün 44, qaraciyər transplantasiyası üçün 31, sümük iliyi transplantasiyası üçün isə 89 nəfər müraciət edib.

"Cebheinfo.az"