Dördqat Rusiya çempionu xəstəlikdən vəfat edib

Dördqat Rusiya çempionu xəstəlikdən vəfat edib

Dördqat Rusiya çempionu olan boksçu Aleksandr Şkalikov vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Kopeysk Boks Federasiyası məlumat yayıb.

Keçmiş döyüşçünün 54 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Aleksandr Şkalikov 1992, 1993, 1994 və 1995-ci illərdə Rusiya çempionu olub.

"Cebheinfo.az"