Yayda dəhşətli zəlzələ olacaq? - SENSASİYA

Yaponiyada yayımlanan bir cizgi romanında yaxın zamanda zəlzələ olacağı yazılıb.
“Cebheinfo.az” xəbər verir ki, bunun ardınca bəzi turistlər səyahətlərini ləğv etməyə başlayıblar. 1999-cu ildə nəşr olunan “Gördüyüm Gələcək” komiksində 2011-ci ilin martında böyükmiqyaslı fəlakət xəbərdarlığı edilib. Həqiqətən də 11 mart 2011-ci ildə zəlzələ olub və Yaponiyanın Tohoku bölgəsində 9 bal gücündə zəlzələdən sonra dağıdıcı sunami baş verib.
Sözügedən əsərin 2021-ci ildə nəşr olunan tam versiyasında isə növbəti böyük zəlzələnin bu iyul ayında baş verəcəyini iddia edilib. Konkret olaraq iyulun 5-də Yaponiya və Filippin arasında dəniz dibində çat açılacağı və bunun Tohoku zəlzələsinin yaratdığı sunamidən üç dəfə böyük dalğaları gətirəcəyi yazılır.
Bundan əlavə, Yaponiya və Honq -Konqdakı mediumlar da oxşar xəbərdarlıqlar ediblər. Bu isə xüsusilə internetdə böyük çaxnaşma yaradıb və bəzi turistlər bölgəyə səfərlərini ləğv etməyə başlayıblar. Artıq Pasxa bayramından sonra Yaponiyaya sifarişlər iki dəfə azalıb. Gələn ay da sifarişlərin azalması gözlənilir.
Həmin iddialar xüsusilə Çin və Honq-Konqdan Yaponiyaya gedən turistlər arasında ciddi narahatlıq yaradıb. Üstəlik, bu qorxu və narahatlığın Tayland və Vyetnama da yayıldığı bildirilir. Adıçəkilən ölkələrdən olan sosial şəbəkə istifadəçiləri Yaponiyaya getməzdən əvvəl iki dəfə düşünmək lazım olduğunu yazırlar.
Qeyd edək ki, Yaponiya hökuməti cari ilin yanvar ayında növbəti 30 il ərzində ölkənin cənubundakı Nankai çökəkliyi bölgəsində böyük zəlzələ baş vermə ehtimalı 80 faiz olduğunu açıqlayıb. Bu da insanların “böyük zəlzələ” qorxusunun artmasına səbəb olub.
Aslan
“Cebheinfo.az”