Suriyaya qarşı sanksiyalar ləğv edilir

Suriyaya qarşı sanksiyalar ləğv edilir

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı tətbiq etdiyi bütün sanksiyaları ləğv etməyə hazırlaşır.

Modern.az AFP-yə istinadən xəbər verir ki, üzv ölkələr məsələ ilə bağlı razılıq veriblər.

Bildirilib ki, Aİ-nin 27 üzv ölkəsinin səfirləri bu addımla bağlı ilkin razılaşma əldə ediblər.

Qeyd edək ki, Suriyaya qarşı sanksiyalar 2011-ci ildə vətəndaş müharibəsindən sonra sərtləşdirilib. Bura enerji və maliyyə sektorlarına məhdudiyyətlər, yüksək vəzifəli məmurların aktivlərinin dondurulması və Suriya ilə biznes fəaliyyətinin qadağan edilməsi daxildir.

"Cebheinfo.az"